17:00 2020.07.25

2 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xebervar.com-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri Suraxanı rayon sakinləri N.Manaflı və B.Nəcəfov Biləsuvar şəhəri ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Keçirilən şəxsi axtarış zamanı N. Manaflının üzərindən və əlindəki plastik qutudan ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: