16:30 2020.08.03

Amerikalı aktyor öldü

Amerikalı aktyor Uilford Brimli vəfat edib.

Xebervar.com xəbər verir ki, dializ xəstəsi olan 85 yaşlı aktyor Yuta ştatındakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Brimli 1934-cü il sentyabrın 27-də anadan olub. Aktyorluq karyerasına 1970-ci illərdə başlayıb və o vaxtdan onlarla ekran işində çəkilib. Ona daha çox populyarlıq gətirən isə "Çin sindromu", "Yanlış qərar", "Nyu-Hempşir hoteli" filmlərində oynadığı rollar olub.

1979-cu ildə artistə şəkərli diabet diqnozu qoyulub. Müalicə olunduğu müddətdə o, Amerika Diabet Assosiasiyasının fəalına çevrilib, xəstəxanalara gedib və pasiyentlərlə konsultasiyalar aparıb. O, 2008-ci ildə təşkilatın fəxri üzvü adına layiq görülüb. (publika.az)

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: