19:00 2020.09.19

Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlandı

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 497,3 milyon manat təşkil edib.

Xebervar.com Trend-ə istinadən bildirir ki, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә tikinti materiallarının istehsalı 1,8 faiz azalıb.

Tikinti gipsinin istehsalı 2,7 dәfә, tikinti kәrpicinin istehsalı 26,3 faiz, hörmә üçün hazır beton qarışığının istehsalı 9,6 faiz artıb, sementin istehsalı 1,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 24,7 faiz, tikinti әhәnginin istehsalı 33,8 faiz, emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatların istehsalı 35,6 faiz, asfaltın istehsalı 46,2 faiz, sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәrinin istehsalı isә 57,1 faiz azalıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: