12:30 2020.09.25

BMT-nin baş katibi: "Bəşəriyyət pandemiya sınağından keçə bilmədi"

Bəşəriyyət yeni koronavirus pandemiyası sınağından keçə bilmədi, xəstəlik səbəbindən həyatını itirənlərin sayı artıq milyona yaxınlaşır.

Xebervar.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş Baş Assambleyanın iclasında çıxış edərkən deyib.

"Pandemiya beynəlxalq əməkdaşlıq üçün keçə bilmədiyimiz sınaq idi. Koronavirus bütün dünyada 30 milyondan çox insana yoluxub və bir milyona yaxın insanı öldürüb, o, nəzarətdən çıxıb. Bu, qlobal hazırlıq, qarşılıqlı fəaliyyət, birlik və həmrəylik çatışmazlığının nəticəsidir", - Antonio Quterreş bildirib.

"Koronavirus bütün dünyanın üzərini qara bulud kimi alıb. Həmçinin o, bizi fəaliyyətə təşviq edəcək xəbərdarlıq oldu. Seçim haqqımız yoxdur. Ya qlobal institutlar çərçivəsində birləşməli, ya da fitnə və xaosla əzilməliyik", - baş katib əlavə edib.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: