19:30 2020.07.08

Bu ölkədə nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırıldı

COVID-19 pandemiyası ilə əlaqədar iyulun 10-dan avqustun 1-dək Özbəkistanda şəhərlərdə və regionlar arasında nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılır, yaşı 65-dən yuxarı olanlar bir daha özünütəcrid rejiminə keçirilir.

Xebervar.com bildirir ki, AZƏRTAC Özbəkistan Nazirlər Kabineti yanında Koronavirusla Mübarizə üzrə Operativ Qərargaha istinadla xəbər verir ki, bu qərar ölkədə COVID-19-un kəskin surətdə artması, ölüm hallarının çoxalması ilə əlaqədar qəbul edilib. Bildirilir ki, toy və digər ailə şənliklərinin keçirilməsi də yenidən qadağan olunur.

Qeyd edək ki, son sutkada Özbəkistanda 379 nəfər koronavirusa yoluxub və bu, pandemiya dövründə ölkədə ən böyük yoluxma halıdır. Hazırda ölkədə koronaviruslu xəstələrin sayı 10 min 838-dir.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: