08:30 2020.08.04

"Çelsi" 10 futbolçusu ilə yolları ayıra bilər

"Çelsi" yay transfer pəncərəsində 10 futbolçusu ilə yolları ayıra bilər.

Xebervar.com qol.az-a istinadən xəbər verir ki, London klubu  Markos Alonso, Emerson, Kurt Zuma, Andreas Kristensen, Rossa Barkli, Nqolo Kante, Mişi Batşuayi və Tiemue Bakayoko üçün gələn təklifləri dəyərləndirməyə hazırdır. Bundan başqa, "Çelsi" qapıçısı Kepa Arrisabalaqanı icarəyə verə bilər. Premyer Liqa təmsilçisi ilə razılığa gələ bilməyən və "Arsenal"la danışıqlar aparan Villianın da klubdan ayrılması mümkündür.

Qeyd edək ki, "Çelsi" ölkə çempionatında 2019/2020 mövsümün 66 xalla 4-cü pillədə başa vurub.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: