09:00 2020.09.16

Çində daha 12 nəfər koronavirusa yoluxub

Çinli həkimlər 12 yeni koronavirusa yoluxma faktı aşkar ediblər, bütün yoluxanlar Çinə xaricdən gəliblər.

Xebervar.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Gigiyena və Səhiyyə Komitəsi bildirib.

Məlumata əsasən, sutka ərzində ölüm halı qeydə alınmayıb, 11 nəfər xəstəxanalardan evə buraxılıb.

Çində koronavirus səbəb olduğu xəstəliyin ümumi sayı 85 214-ə çatıb, 4 634 nəfər ölüb, 80 437 nəfər sağalaraq evə buraxılıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: