11:30 2020.07.31

Çində də koronavirusa yoluxma artır: daha 138 nəfər...

Çində ötən sutka ərzində yeni növ koronavirusa daha 138 nəfər yoluxub.

Xebervar.com Trend-ə istinadən xəbər verir ki, yeni yoluxma hallarından 127-nin aktiv formada, 11-nin isə simptomsuz formada olduğu bildirilir.

Məlumata əsasən, aktiv formada olan yoluxma hallarının 123-ü ölkə daxilində, 4-ü isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb.

Qeyd edilir ki, ötən sutka ərzində ölkədə koronavirusdan ölən olmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 84 922 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: