09:00 2020.07.26

Erməni "boz"unun min çaları, bir Sevinci

Dəyərli oxucular,

Adından və ata adından başqa Azərbaycanla, azərbaycanlılıqla yaxından-uzağa heç bir əlaqəsi olmayan, sosial şəbəkələr üzərindən püskürdüyü kin və nifrət ifrazatlarında özünü hələ də "Sevinc Osmanqızı" kimi təqdim edən, əslində isə ən radikal erməni millətçisindən daha artıq erməni olan qadın cildində iblisin son sərsəmlərindən yəqin ki, xəbəriniz var. Bilmirəm təəccübləndiniz ya yox. Amma mən qətiyyən təəccüblənmədim. Çünki bütün hüceyrələri Azərbaycana və azərbaycanlılara nifrətdən yoğrulan bu iyrənc, üfunətli ət parçasının gerçək mahiyyətinə yaxşı bələdəm. Və bilirdim ki, günlərin birində, sahiblərinin ondan tələb etdiyi məqamda, özünü, daha dəqiq desək xislətini bütün vizual görüntüləri ilə birlikdə açıb göz önünə sərgiləyəcək...

Videonu izləyirəm... Təəccüblənməsəm də, izahını tapmağa çalışıram. Bir adamı öz xalqına, Vətəninə qarşı ən azğın, ən amansız və ən şərəfsiz düşmən kimi davranmağa nə vadar edə bilər? Nə?

Və nə deyir "Sevin Osmanqızı" adlı bu erməni "boz"unun min çalarını ifadə edən məxluq? Deyir ki, "heç bir təhlükə yoxdur. Sivil mübarizə aparılmaqdadır. Və mən sizi inandırım ki, heç erməni tərəfində də belə bir niyyət yoxdur. Və bu gün bu sivil qarşıdurmanı pozan Azərbaycan tərəfidir. Azərbaycan tərəfidir, rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən".

Anahit məbədinin ən uzunömürlü xidmətiçilərinə xas klassik bir həyasızlıqla ifadə olunan bu böhtan və yalanları dinləyəndə soyuqqanlı olmaq mümkün deyil. Görəsən "Sevinc Osmanqızı"nın iddia etdiyi o sivil mübarizə harada aparılır və yaxud aparılıb? Qarabağda? Bəlkə Xocalıda körpələrimizi sivil bir şəkildə qətlə yetiriblər ermənilər? Sivil süngülərlə gözlərini çıxarıblar. Başımıza "sivil bombalar" yağdırıblar. Qarabağda, Bakıda sivil və humanist terror aksiyaları həyata keçiriblər. Əlləri, ayaqları bağlı, ölmək üçün gündə Allaha min yol yalvaran əsir qız-gəlinlərimizin namusuna sivil, mədəni bir şəkildə təcavüz ediblər...

Elə son hərbi təxribatı həyata keçirəndə də Azərbaycan ərazilərini, mülki vətəndaşlarımızı Serbiyada xüsusi təlim-tərbiyə görmüş sivil minaatanlardan atəşə tuturdular...

Necə pozub Azərbaycan bu sivil qarşıdurmanı? Mülki vətəndaşlarının təhlükəsizliyini təmin etməklə? İşğalçını geri oturtmaqla? Ölkə daxilində və xaricində planlaşdırılan təxribatları önləməklə?

Nə olub, niyə belə qəzəblisən? Planınız baş tutmayıb? Oyununuz pozulub? İndi səndən hesab tələb edirlər və sən də verə bilmirsən, eləmi? Daha doğrusu, sən verə biləcəyin nə varsa artıq vermisən... Yəni milli mənsubiyyətini, şərəfini, ləyaqətini, bir insanı bir millətin ayrılmaz bir parçası edən hər şeyini... vermisən, "Sevinc Osmanqızı"!

Yazının axarı özüm də bilmədən birbaşa xitaba gətirib çıxardı. Olsun. Elə belə də davam edək...

Deməli, "Sevinc Osmanqızı", sən öz məlum hikkəli "videomüraciət"ində Corctaun Universitetində (Georgetown University)  erməni həmkarınla birlikdə auditoriyanın suallarını cavablandırdığını deyirsən və dərhal orada ölkəsinin haqlı mövqeyini müdafiə etdiyini bildirən azərbaycanlı gənci ittiham edir, yumşaq desək, qınayırsan. Yəni, bu məsələdə sənin mövqeyin bəllidir və elə bu səbəbdən də haqqında həzin notlarla, yumşaq səs tonuyla söz açdığın erməni həmkarın səni özü ilə bərabər haqqında söz açdığın tədbirə ermənidən artıq erməni olmanın canlı nümunəsi kimi aparıb. Prinsip etibarilə, sən elə Corctaun Universitetində keçirilən tədbirlə bağlı xatırlatmanla ermənilərlə eyni siyasi platformadan çıxış etdiyini açıq-aşkar etiraf edirsən...

Və bildirirsən ki, "Bir azərbaycanlı gəncdi, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq və savaşdıq. Onlar Azərbaycanın imici üçün nə isə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, biz əlimizdən gələn qədər vuruşduq və savaşdıq. Siz nədən ötrü vuruşdunuz və savaşdınız?nAzərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü? Siz nə qazandınız? Və nəyə görə onlar (gənclər-E.M), ümumiyyətlə səfirliyin müdafiəsinə qalxmalıdırlar?"

"Sevinc Osmanqızı", doğma Vətəninin 20 faizindən çox ərazisi işğal altında olan bir azərbaycanlı gənc bəs necə çıxış etməlidir? Sənin kimi? Öz vətəninə, xalqına böhtan atmalıdır? İşğalçı Ermənistanın və azərbaycanlılara düşmən kəsilən ermənilərin maraqlarını müdafiə etməliydi? Adam olduğunu deyir. 50 nəfər azərbaycanlının üzərinə 5 min azğın erməni hücum edəndə, polis baş verənlərə müdaxilə etmək istəməyəndə, yaxud edə bilməyəndə, özünü, həmfikirlərini qorumağın vuruşmaqdan, savaşmaqdan, mücadilə aparmaqdan başqa daha hansı yolu var?

...Onlar Azərbaycan üçün vuruşurdular, müqəddəs Azərbaycan bayrağını sənin dərin bağlarla bağlı olduğun qatil, cani, terrorçu ermənilərin tapdağından qurtarmaq üçün savaşırdılar. Sən bunu başa düşməzsən! Bunu başa düşmək üçün adamın milli təəssübkeşlik hissi, milli qürur, şərəf və ləyaqət haqqında elementar anlayışı olmalıdır. Azərbaycanın diplomatik nümayəndəlikləri ölkəmizin xarici dövlətlərdəki bir parçasıdır. Diplomatik nümayəndəliklərimizin ərazisi Azərbaycan Respublikasının ərazisi sayılır. Bilmirəm özünü qanmazlığa qoymusan və ya hesab edirsən ki, gəlişigözəl sözlərlə yalanlarını Azərbaycan cəmiyyətinə sırıya, erməni xislətini pərdələyə biləcəksən. Azərbaycanlılar diplomatik nümayəndəliklərimizin müdafiəsinə qalxmaqla Azərbaycan ərazisini və Azərbaycanın şərəfini qoruyublar. Bunu sənin sığındığın ölkənin təhlükəszilik qüvvələri etməliydilər. Çünki bu həm də onlar üçün nüfuz və şərəf məsələsidir...
"Sevinc Osmanqızı", özün kimi saxta emosional çıxışında "bu davanın kimin tərəfindən başladıldığı məsələsinə girməyəcəyini" deyirsən... Təbii ki, girməyəcəksən, çünki sənin girdiyin, çıxdığın yerlər başqadır. Məsələn, həm də Amerika Erməni Milli Komitəsinin (ANKA) donoru olan fondların, xeyriyyə təşkilatlarının ofisləri...

Həmçinin iddia edirsən ki, "davanın kimin tərəfindən başladıldığını söyləmək çətindir və əhəmiyyətli məsələ deyil". Əgər bu ağılla, bu düşüncə ilə səni Corctaun Universitetinin tələbələrinin suallarını cavablandırmağa dəvət ediblərsə, o zaman 100 faiz əmin ola bilərsən ki, səni ora ağlına, başına görə çağırmayıblar.

Davanın, yaxud təxribatın kimin tərəfindən başladıldığı şərtdir, həm də əsas şərt. Çünki bu halda davanı başlayan təcavüzkar, qarşı tərəf isə müdafiə olunan sayılır.

"Sevinc Osmanqızı", sənin bu "unikal" məntiqinə əsaslansaq, o zaman Azərbaycan-Ermənistan sərhədində baş verən son təxribatın da kimin tərəfindən başladıldığı heç bir önəm daşımır. Yaxud Dağlıq Qarabağ da daxil olmaqla işğal altında olan Azərbaycan ərazilərinin qəsbinə səbəb olan münaqişənin də kimin tərəfindən başladıldığı heç bir əhəmiyyət kəsb etmir. 
Deyirsən ki, "savaşlar Qarabağda, Azərbaycan-Ermənistan sərhədində gedir və Amerika Qarabağ deyil". O zaman niyə Amerikada oturub ermənilərlə birlikdə Azərbaycana qarşı savaş açmısan? Gəl Ermənistana, yaxud işğal altında olan Azərbaycan ərazilərinə, qoşul Anna Akopyana, qanımızla suvarılmış torpaqlarımızda havaya "sülh göyərçinləri" burax, ya da Suriyadan gəlmiş snayper Haykanuşla birlikdə Azərbaycan əsgərlərini hədəfə al. Nə fərqi var ki? Onsuz da Amerikada da aşağı-yuxarı eyni işi görürsən...

Bilirsən, "Sevinc Osmanqızı" yazımın əvvəlində səni ermıni pozğunluğunun əfsanələrindən olan Anahit məbədinin üzunömürlü, peşəkar xidmətçiləri ilə müqayisə etdiyimə görə, çox peşmanam. Çünki ayrı-ayrı xalqların mifologiyasında, şifahi və yazılı ədəbiyyatında əxlaqsızların vətənpərvərliyi ilə bağlı çoxsaylı nümunələr var. Amma sənin elədiklərinin oxşarını heç yerdə tapa bilmədim, üzrlü say...

Elçin Mirzəbəyli

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: