23:00 2020.09.15

"Fənərbaxça" konqolu müdafiəçi aldı

"Fənərbaxça" növbəti transferini rəsmiləşdirib.
 
Xebervar.com qol.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisi "Volfsburq"un konqolu müdafiəçisi Marsel Tisserandı heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, karyerası ərzində "Monako", "Lans", "Tuluza" və "İnqolştadt"da çıxış edən Tisserand 2017-ci ildən "Volfsburq"da oynayırdı.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: