09:30 2020.07.31

Fransada meşə yanğını nəticəsində 5 nəfər xəsarət alıb

Fransanın Aqle şəhərində meşə yanğını başlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğın təxminən 100 hektar meşə massivini məhv edib, 6 yaşayış evi yanıb.

Bildirilir ki, yanğın nəticəsində 5 nəfər tüstündən zəhərlənib və xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, vəziyyət güclü külək səbəbilə çətinləşir. Yanğının söndürülməsinə təxminən 150 yanğınsöndürən cəlb edilib. Yanğına yaxın ərazidə yaşayan onlarla insan təxliyə edilib.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: