18:30 2020.08.04

İngiltərə xəstəxanalarında YENİIİK - Koronavirusu qripdən ayıran testlər tətbiq olunacaq

İngiltərə xəstəxanalarında koronavirusu qripdən ayıracaq və 90 dəqiqə ərzində nəticə verəcək yeni testlər tətbiq olunacaq.

Xebervar.com AZƏRTAC-a istinadən bildirir ki, gələn həftədən tətbiq ediləcək testlər baxım evlərində və laboratoriyalarda sınaqdan keçiriləcək.

Səlahiyyətlilər bu testlərin qış aylarında koronavirusu ümumi mövsümi qripdən fərqləndirmək üçün faydalı olacağını söyləyiblər.

Səhiyyə katibi Met Hankok yeni tətbiq olunacaq testlərin, xəstəliyin sürətlə yayılmasının qarşısının alınmasında yardımçı olacağını bildirib.

Qeyd edək ki, hazırda ölkədə koronavirus testlərinin dörddəüçü 24 saata, dörddəbiri isə 2 gün ərzində nəticə verir.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: