23:00 2020.08.03

"İnter"dən "Mançester Siti"yə

"İnter"in müdafiəçisi Milan Şkrinyar yayda klubunu dəyişə bilər.

Xebervar.com goal.az-a istinadən xəbər verir ki, slovakiyalı futbolçu baş məşqçi Antonio Kontenin planlarına daxil deyil.

Məlumata görə, 25 yaşlı oyunçu ilə "Mançester Siti" maraqlanır. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola müdafiəçinin alınmasını tələb edib. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı vurğulanıb.

Qeyd edək ki, Şkrinyar son mövsüm A Seriyasında 27 oyunda iştirak edib.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: