14:30 2020.09.25

"Legiya" - "Qarabağ" oyununun saatı açıqlandı

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Legiya" (Polşa) ilə oyununun saatı bəlli olub.

Xebervar.com qol.az-a istinadən xəbər verir ki, oktyabrın 1-də Varşavada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, pley-off mərhələsi də bir oyundan ibarət olacaq və qalib gələn komanda Avroliqanın qrup mərhələsinə yüksələcək.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: