07:30 2020.09.29

Moskvada bir gündə 20-dən artıq ölüm qeydə alınıb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 23 nəfər ölüb.

Xebervar.com Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 23 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 203 nəfərə çatıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: