04:00 2020.07.31

Müəllim öz tələbələrini cinsi istismar edib

Hindistanın Burdvan universitetində müəllim öz tələbələrini cinsi istismar edib.

Xebervar.com xəbər verir ki, Hindistanın qabaqcıl universitetlərindən biri olan Burdvanda ədəbiyyat fənnindən dərs keçən professorun öz tələbələri ilə cinsi əlaqədə olması səs-küyə səbəb olub. Anqshuman Kar adlı müəllimin tələbələrini cinsi istismar etdiyi və bunun qarşılığında yüksək qiymət yazdığı iddia edilib. Daha sonra Anqsumanın həyat yoldaşı iddiaları təsdiqləyərək, müəllimin tələbələrinə əxlaqsız təkliflər etdiyini deyib. Hindistan mediasında yayılan xəbərdən sonra digər tələbələr və valideynlər dekanlığa şikayət edərək müəllimin həbs olunmasını istəyiblər. Dekan bu barədə açıqlama verərək Anqsumanın bir neçə dəfə imtahan suallarını oğurladığını və tələbə qızlara verdiyini təsdiqləyib. (ölkə.az)

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: