ABŞ və rus generallar görüş üçün niyə Bakını seçdi?

01:18, 2017-02-16


ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Cozef Danfordla Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda keçiriləcək görüşü xəbəri təsdiqləyib

Politika.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. 16 fevralda baş tutacaq görüşlə bağlı nazirlik qısa açıqlama verib.

“Razılaşdırılmış görüşdə mövcud vəziyyət və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq, hərbi insidentlərin qarşısının alınması və s. müzakirə olunacaq. Bundan başqa, dünyada təhlükəsizlik sahəsində son vəziyyət də müzakirə olunacaq”.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, general Maykl Flinn Rusiya ilə əlaqələrinə görə istefaya məcbur edildi.

Flinn Obama tərəfindən 35 Rusiya diplomatının persona non-qrata elan olunduğu gün Rusiyanın ABŞ-dakı səfiri ilə telefon söhbətində andiçmədən sonra Trampın Rusiyaya qarşı sanksiyaların ləğvinə baxacağını ved edibmiş. Bu söhbət ABŞ kəşfiyyat strukturları tərəfindən dinlənilib.

Bu fakt ABŞ dövlət aparatında antirusiya əhvalının nə qədər güclü olduğunu bir daha göstərir və prezident bu antirusiya konsensusunu təkbaşına pozacaq gücdə deyil. General Flinn Trampın ən güvəndiyi 3-4 adamdan biri idi, lakin o, öz müşavirini qoruya bilmədi.

Generalların görüşündə bu məsələnin müzakirəsi, Suriya hadisələri, Ukrayna münaqişəsi, Krım ilhaqı, o cümlədən Qarabağ konflikti müzakirə oluna bilər.

Politika.Az politoloq Elxan Şahinoğlunun da təhlillərinə diqqət çəkir. Ekspert yazır ki, iki böyük dövlətin generalı görüş yeri üçün Bakını seçiblər. Amerikanın Azərbaycandakı səfiri Robert Sekutaya “cənab səfir bu gün Cocuq Mərcanlıya niyə getmədiniz” sualını ünvanlasan cavabında deyə bilər ki, “ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Qerasimov sabah Bakıda baş tutacaq görüşünün təşkilatı məsələləri ilə məşğul idim”.

Eyni məntiqlə Rusiyanın Azərbaycandakı səfiri də amerikalı həmkarı kimi generalların görüşünün təşkili ilə məşğul olmalı idi. Ancaq Rusiya səfiri amerikalı həmkarından fərqli olaraq Cocuq Mərcanlıya getdi.

Doğrudur, bu səfərlə Rusiyanın Dağlıq Qarabağ münaqişənin həllinə baxışı dəyişən deyil. Hər halda Rusiya səfiri öz borcunu yerinə yetirdi.

Gəlirik ikinci məsələyə: Amerika və Rusiya baş qərargah rəisləri niyə məhz Bakıda görüşməyə qərar veriblər? Bu lap İkinci Dünya Müharibəsi illərində ABŞ, SSRİ və Böyük Britaniya liderlərinin Tehrandakı zirvə toplantısına bənzəyir.

Əlbəttə, iki böyük dövlətin baş qərargah rəislərinin görüş üçün məhz Bakını seçmələri bizim üçün önəmlidir, Moskva ilə Vaşinqtonun Bakıya verdikləri dəyəri göstərir.

Ancaq, məncə Bakının seçilməsində əlamətdar hadisə ondan ibarətdir ki, generallar Suriyadakı savaşın gedişatını ən yaxın məntəqədə müzakirə etmək istəyiblər.



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə