Загрузка...


 

ABŞdan Türkiyəyə böyük hörmətsizlik -VİDEO

09:52, 2017-05-19


Con Makkeyn

Makkeyn: "Mən olsaydım Türkiyə səfirini rədd edərdim buradan”

Amerikalı senator, keçmiş general Con Makkeyn Türkiyənin ABŞ-dakı səfirinin ölkədən qovulmasını təklif edib.

İstiPress-in məlumatına görə, bu barədə MSNBC telekanalı xəbər yayıb.

Telekanalın yaydığı məlumatda qeyd olunur ki, Con Makkeyn Vaşinqtonda Türkiyə səfirliyi yaxınlığında baş verən davaya görə belə tələblə çıxış edib.

Twitter səhifəsi

“Mən olsaydım Türkiyə səfirini rədd edərdim buradan”, - deyə senatorun bəyanatı Morning Joe proqramının Twitter səhifəsində yazılıb. Makkeyn bu verilişdə iştirak edib.

ABŞ-dan Türkiyəyə: Üzr istəyin - VİDEO

Halbuki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri öz vəzifələrini yerinə yetirərək səfirliyi aqressiv erməni və PKK tərəfdarlarının hücumundan qoruyub.

Sual olunur ki, bu hadisə ABŞ prezidenti Donald Trampın mühafizəçilərinin başına gəlsəydi, onlar nə edərdilər? Sadəcə bir kənarda durub etirazçıların səfirliyin binasını necə dağıtdıqlarını seyr edərdilər?

Xatırladaq ki, mayın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfər edərkən erməni lobbisi və PKK terror təşkilatının tərəfdarları etiraz aksiyası keçiriblər.

Məlum olub ki, xüsusi hazırlanmış aksiyanın əsas təşkilatçılarından biri ABŞ-da fəaliyyət göstərən erməni lobbisidir. Aksiya zamanı Türkiyə səfirliyinə hücum etmək istəyən aqressiv erməni və PKK tərəfdarları Ərdoğanın mühafizəçiləri tərəfindən uzaqlaşdırılıblar. ABŞ polisi isə Ərdoğanın mühafizəçilərinə dəyənəklərlə müdaxilə ediblər.



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə