Загрузка...


 

ABŞdan Türkiyəyə: Üzr istəyin -VİDEO

09:07, 2017-05-18


Rəcəb Tayyib Ərdoğan və Donald Tramp

ABŞ senatorları Ankaraya çağırış ediblər

ABŞ senatorları Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı keçirilən aksiyanın iştirakçıları ilə Türkiyə təhlükəsizlik xidmətinin əməkdaşları arasında baş verən toqquşmaya görə Ankaraya çağırış edib.

İstiPress-in məlumatına görə, bu barədə The Hill qəzeti xəbər yayıb. Bildirilir ki, senatorlar Ankaranı qarşıdurmaya görə üzr istəməyə çağırıblar.

“Biz Vaşinqtonda Türkiyə səfirliyinin qarşısında baş verən zorakılığı qərarlılıqla müzakirə edirik”, - deyə respublikaçı senatorların birgə bəyanatında qeyd olunur.

Bəyanatda vurğulanır ki, Türkiyənin səlahiyyətli nümayəndələri Amerika dəyərlərinə və Konstitusiyasına hörmətsizlik ediblər.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfər edərkən erməni lobbisi və PKK terror təşkilatının tərəfdarları etiraz aksiyası keçiriblər. Məlum olub ki, xüsusi hazırlanmış aksiyanın əsas təşkilatçılarından biri ABŞ-da fəaliyyət göstərən erməni lobbisidir. Aksiya zamanı Türkiyə səfirliyinə hücum etmək istəyən aqressiv erməni və PKK tərəfdarları Ərdoğanın mühafizəçiləri tərəfindən uzaqlaşdırılıblar.



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə

porno izle instagram takipçi satın al porno