Загрузка...


 

Azərbaycanda bu müğənnilər həbs edilə bilər RƏSMİ AÇIQLAMA -VİDEO

16:30, 2017-05-18


16730614_1304782846245284_4250845033023442231_n

İnzibati həbs belə ola bilər

Sosial şəbəkədə tez-tez müğənnilərin, tanınmış simaların sükan arxasında "selfie" çəkdiyinin şahidi olmuşuq. Məhz bu səbəbdən məşhurların zaman-zaman qəza törətməsi qaçınılmaz olub.

İstiPress xəbər verir ki, bu haqda Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Metbuat.az-a maraqlı açıqlamalar verib:

“Sükan arxasında diqqəti yayındıra biləcək hərəkətlərin edilməsinə görə inzibati məsuliyyət var. Belə hadisələrə rast gələndə sürücünü inzibati məsuliyyətə cəlb edirik. "Yol hərəkəti haqqında" Qanunda törədilən xətaların internet vasitəsi ilə sosial şəbəkələrdə yayımlanması inzibati araşdırma aparılmasına əsas verir və bunu törədənlər inzibati məsuliyyətə cəlb olunur.

Sükan arxasında məşhurlar belə olsa, xəta törədib sosial şəbəkədə yayırlarsa, onlar barəsində tədbir görməyə əsas yaranır. İnzibati həbs belə ola bilər. Cərimənin rüsumu isə sürücünün pozduğu qanuna əsasən müəyyənləşdirilir. Tutaq ki, kimsə telefonla danışır, həm də özünü videoya çəkib sosial şəbəkədə paylaşırsa, həmin şəxs 50 manat miqdarında cərimə olunur”



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə