Azərbaycanlı alimdən proqnoz - Güclü zəlzələ ola bilər - VİDEO

22:45, 2017-02-17


Abeşoran yarımadasının cənub hissəsi və Salyan rayonunda zəlzələ, sürüşmə və vulkan püskürməsi kimi təbii fəlakətlərin baş vermə ehtimal yüksəkdir. Buna səbəb həmin ərazilərdə yer gərginlyinin normadan yüksək olmasıdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu, 1998-ci ildən etibarən Amerikanın Massaçusets texnologiyalar institutu ilə birgə aparılan yerin deformasiya prosesi monitorinqinin nəticələrinə əsasən demək olar. Azərbayacan Milli Elmlər Akademiaysının Yer Elmləri bölməsinin akademik-katibi Fəxrəddin Qədirov bildirir ki, hazırda ölkəmizdə 10 stasionar GPS stansiyası vasitəsi ilə bütün ölkəni əhatə edən 36 nöqtədəki ölçmə işləri aprırlır. Bu ölçmə işləri isə gərginlik toplanan yerləri müəyyən etməyə kömək edir.

Alimlər hesab edir ki, ötən həftə paytaxtın Qaradağ rayonunda baş verən vulkan püskürməsi də bu gərginliyin nəticəsidir. Belə gərginliklərin fəsadlarını keçmiş tarixlərdə də görmək olur.

Yerdə gərginliyin toplanması bir sıra təbii fəlakətlərlədə nəticələnə bilər.

Fəxrədin Qədirov bildirir ki, bütün elmi araşdırmalara baxmayaraq təbii fəlakətləri xüsusi ildə zəlzələ ilə bağlı əvvəlcədən proqnoz vermək mümkün deyil.



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə