Загрузка...


 

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda iştirak edən nümayəndə heyətlərinin rəhbər və təmsilçilərinin görüşü keçirilib - FOTOREPORTAJ

20:23, 2017-02-17


Bu gün Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak edən nümayəndə heyətlərinin rəhbər və təmsilçilərinin görüşü keçirilib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov nümayəndə heyətlərinin üzvlərini salamlayıb və onlara yarışlarda uğurlar arzulayıb.

O, qeyd edib ki, Dünya Kuboku Bakıda tamblinq üzrə keçiriləcək ilk yarışdır.

F.Qayıbov Milli Gimnastika Arenasının batut gimnastikası üzrə yarışlara daha çox tamaşaçı cəlb edəcək xüsusi dizaynı haqqında danışıb.

Beynəlxalq Gimnastika Federasiyasının ( FİG) batut gimnastikası üzrə texniki komitəsinin vitse-prezidenti Nikolay Makarov isə çıxışında arenanın yarışlara yüksək səviyyədə hazırlığını xüsusi qeyd edib və bunu unikal adlandırıb.

N.Makarov Dünya kubokunda iştirak edən ölkələrə təşəkkürünü bildirib və məlumat verib ki, Dünya kubokunun 2019-cu ildə Bakıda keçiriləcək növbəti mərhələsi Tokio Olimpiya Oyunlarına lisenziya verəcək ilk turnir olacaq.

Görüşdən fotoreportajı təqdim edirik:



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə

porno izle porno porno