Bakıya güclü qar yağdı - qəzalar qaçılmaz oldu - VİDEO

23:13, 2017-02-17


Güclü qar paytaxtın bəzi yollarında hərəkəti çətinləşdirib, qəzalar qaçılmaz olub.

Axşam saatlarında güclənən qar gecə boyunca davam etdiyindən bu gün səhər paytaxt tamamı ilə ağ örpəyə bürünüb.

Qarlı hava qəzalara da səbəb olub. Babək prospektindəki körpünün üzərində buzlanma olduğundan 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, bu gün səhər saatlarında paytaxtda kiçik maddi ziyanla nəticələnən 8 zəncirvari qəza qeydə alınıb. Günün ikinci yarısından etibarən isə bütün yollar açılıb və avtomobillər tam maneəsiz hərəkət ediblər.

Hidrometeoroloqlar isə bu gün paytaxtda ən çox 25 santimetr qalınlığında qarın qeydə alındığını və belə hava şəraitinin bu gündən dəyişəcəyini bildirir. Bu gecə qar yağmasada şaxta olacağı gözlənilir.

Sabahdan etibarən bölgələrdə havanın yağmursuz keçəcəyi və temperaturun tədricən artacağ proqnozlaşdırılır.



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə