Dünyanın ən çirkli, ən üfunətli çayının FOTOları

20:53, 2017-02-17


Banqladeşin paytaxtı Dəkkənin mərkəzindən axan Buriqanqa çayını ekspertlər dünyanın ən çirkli, ən üfunətli çayı sayırlar.

Buriqanqanın sularında üzməyən, bu çaya atılmayan nəsnə yoxdur.

Milli.Az Barcroft-a istinadən bildirir ki, məişət tullantılarından tutmuş, sənaye istehsalının çox zəhərli tullantıları, kanalizasiya suları bu çaya axıdılır.

Son 25 ildə çay sahilindəki Saderqat-da işləyən Məhəmməd Səlimin dediyinə görə, çay həddən ziyadə çirklidir.

"Atamı bu çay çürütdü, öldrüdü. Mənim də səhhətim pisləşib. Bu çay uşaqlarımı da xəstə etdi", - Səlim deyib.

Çayda qayıq sürən və bu sahildən o sahilə sərnişin daşıyaraq gündə 20-30 dollar qazanan Kəlimullanın sözlərinə görə, sadəcə, dəri və gön emalatxanalarından çaya gündə təxminən 23 min kubmetr zərəli tullantı axıdılır.

Ən pisi isə budur ki, dəkkəlilər bu çaydan yemək bişirmək, içmək üçün də istifadə edirlər.



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə