Əli İnsanov, İlqar Məmmədov və...

08:31, 2017-02-17


Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Komissiyadan məlumat verilib

Politika.Az-ın xəbərinə görə,
iclasda 800-dən artıq müraciətə baxıldığı və Novruz bayramı öncəsi əfv sərəncamının gözlənildiyi bildirilib.

Komissiya üzvü hesab edir ki, Novruz bayramına yaxın əfv sərəncamı ola bilər: “Əgər Komissyanın görüşü başlayıbsa, güman ki, Novruz bayramına yaxın əfv olacaq”.

Qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz xəbərə görə, Novruz bayramı ərəfəsində keçmiş səhiyyə naziri Əli İnsanov, REAL sədri İlqar Məmmədov, NİDA üzvü İlkin Rüstəmzadə, jurnalist və bloqqerlər - Əbdül Əbilov, Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Seymur Həzi azadlığa çıxa bilər.

Həmçinin, Məmməd İbrahim, Asif Yusifli, Fuad Əhmədli əfv siyahısına düşə bilər. Prezidentin növbəti dəfə humanist addım atacağı gözləntisi var.


Məlumatlı qaynağımız qeyd edir ki, bu siyahı üzrə eks-nazirin şansının daha yüksək olduğu bildirilir. İddialara görə, Ə.İnsanovla siyasi hakimiyyət arasında bir centlemen sazişi bağlanıb.

Bu anlaşmanın əsas müddəası ondan ibarətdir ki, keçmiş nazir əfvə imza ataraq azadlığa çıxacaq və Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək. İlkin razılaşmaya görə onun barəsində açılan yeni cinayət işinə xitam verilir və ev dustağı kimi azad olunur.

Politika.Az-ın xəbərinə görə, dövlət başçısı İlham Əliyevin cəzaların yüngülləşdirilməsi barədə imzaladığı sərəncamın da icrası on minlərlə insanın taleyinə təsir edəcək. Yaxın zamanlarda ölkə həbsxanalarında dustaqların sayı kəskin şəkildə azalacaq.

Xəbər verildiyi kimi, ötən həftə prezident İlham Əliyev “Cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb.

İlk baxışdan daha çox ölkədə hüquqla problemləri olmuş vətəndaşları maraqlandıra biləcək sərəncam əslində hər bir Azərbaycan vətəndaşı üçün çox mühümdür. Çünki heç kim, necə deyərlər, hansısa xırda səhvi ucbatından həbsə düşməyəcəyindən sığortalanmayıb.

Heç kimə sirr deyil ki, indi xeyli sayda vətəndaş adi bir səhvi, məsələn, qonşusunun çəpərindən keçib oğurluq etdiyi və ya cavanlıq edərək birinə xəsarət yetirdiyi üçün həbsxana həyatı yaşamalı olur. Bu sərəncamın ardınca Əfv Komissiyasının toplaşması ciddi mətləblərdən xəbər verir.



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə