Загрузка...


 

Erməni ordusuna növbəti raket zərbəsi -VİDEO

12:51, 2017-05-18


“OSA” zenit raket kompleksi

Serj Sarkisyan, Robert Koçayran, Bako Saakyan, Seyran Ohanyan, Zori Balayan Azərbaycan ordusunun hədəfində

“Ermənistanda ciddi təşviş var və keçmiş hərbçi Vova Vartanovun mətbuat konfransında dedikləri bunun bir nümunəsidir”.

İstiPress-ə bu barədə Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.    

“Təbii ki, bu məsələdə “OSA” zenit raket kompleksinin (ZRK) vurulması əsas rol oynayıb. Həmçinin, Azərbaycan ermənilərə işləyən casus şəbəkəsini zərərsizləşdirib ki, bu da onların Azərbaycana qarşı diversiya imkanlarını aşağı salıb. Buna görə də çox narahatdırlar, itkilərini ictimaiyyətə izah edə bilmirlər. Baş verənləri nə qədər gizlətməyə çalışsalar da, Ermənistanda ciddi çaxnaşma yaradıb. Aprel döyüşlərindən sonra ermənilər ordunu gücləndirmələri, Azərbaycan ordusunun hər addımını nəzarətdə saxlamaları barədə çox basıb-bağlayırdılar. “OSA” ZRK-nın vurulması bu təbliğatın üzərinə su səpdi”,- deyə Üzeyir Cəfərov vurğulayıb.

Ermənistanda çaxnaşma o qədər böyük olub ki, ilk diversiya kəşfiyyat dəstəsinin komandiri Vova Vartanov xüsusi xüsusi mətbuat konfransı keçirərək Azərbaycanı birdəfəlik məhv etməyə çağırıb. O, Azərbaycan ordusunun daha yaxşı təchiz olunduğunu da gizlətməyib: “Biz həmişə onlardan pis silahlanmışıq. Onların neft dollarları hesabına disbalans davam  edir. O həmişə olacaq, çünki türklər varlıdır. Mən ümumiyyətlə bu dövləti məhv etməyə, parçalmağa çağırıram”,- deyə Vartanov Azərbaycan barədə xam xəyallarını açıqlayıb.

O hətta bunu necə etməyin “yollarını” da göstərib. Onun fikrincə, Ermənistan ordusu təlimləri Azərbaycana oxşar ərazilərdə aparmalıdır, Azərbaycandakı bütün dilləri öyrənməlidir və s. Erməni kəşfiyyatçı azərbaycanlıların döyüş qabiliyyətini də etiraf edib: “Türklər də yaxşı döyüşçülərdir. Amma bizim üstünlüyümüz motivasiyamızdadır. Biz qəhrəman olmağa məcburuq”, - deyərək erməniləri ruhlandırmağa, ölkədə yaranmış çaxnaşmanı yatırmağa çalışır.

Təbii ki, Vova Vartanov qeyri-rəsmi şəkildə Ermənistan müdafiə nazirliyinə dəstək verir. Nazirlik isə “OSA” ZRK-ya cüzi zərər dəydiyini, hadisə nəticəsində insan tələfatı olmadığını iddia edir. Lakin ermənilərin yalan danışdığına hətta Rusiya mətbuatı belə diqqət yetirib. Rusiyalı jurnalist Mixail Belyayev “Vestnik Kafkaza” portalında yazdığı məqaləsində video görüntüyə əsasən bildirir ki, hadisə zamanı “OSA” ZRK-nın bütün heyət üzvləri həlak olub:

“Aydın görünür ki, raketin düşməsi zamanı pelenqator fırlanır, bu, heyət üzvlərinin içəridə olması deməkdir. Həm də video yazıdan  aydın olur ki, bu nisbi xəsarət deyil, tam məhv etmədir. Ehtimal edilir ki, Azərbaycan ordusu növbəti dəfə İsrail istehsalı olan radioidarəli “Spayk” raketlərindən istifadə edib. Bu raketlərin effektivliyi 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirilmişdi”. 

Üzeyir Cəfərov Azərbaycanın “Spayk” raketlərindən daha effektiv istifadəsinin vacibliyini vurğulayır: “Azərbaycan bəzi erməni liderlərə qarşı cinayət işi qaldırıb. Amma tutduqları vəzifə sayəsində onları həbs edə bilmir. Qarabağdakı işğal reciminin rəhbəri Bako Sahakyan, elə Serj Sarkisyan özü Xocalı soyqırımının əsas cinayətkarlarındandır. Bu cinayətkarları Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisində “Spayk” raketləri ilə vurmaq lazımdır. Azərbaycan Dağlıq Qarabağın hər qarışını nəzarətə götürməli və  beynəlxalq birliyə göstərməlidir ki, bura öz ərazisidir”.

Düzdür, Azərbaycan Bako Saakyan kimi cinayətkarları zərərsizləşdirərsə, Ermənistan bu faktı gizlətməyə çalışacaq. Yaxud da son günlərdə olduğu kimi, yalandan iddia edəcək ki, əks hücumla çox sayda Azərbaycan əsgəri qətlə yetirib. Amma bununla belə, Azərbaycan Serj Sarkisyan, Robert Koçayran, Bako Saakyan, Seyran Ohanyan, Zori Balayan, Samvel Babayan kimi dinc əhaliyə qarşı hərbi cinayətlər törətmiş qatilləri məhz işğal edilmiş Azərbaycan ərazisində  cəzalandırmalıdır. Çünki qisas qiyamətə qala bilməz. 



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə