“İslam Həmrəyliyi” ilində Ağcabədi başçısı Allah evini sökdürdü

01:08, 2017-02-16


Azərbaycanda “İslam Həmrəyliyi” ili elan olunub

Politika.Az-ın verdiyi xəbərə görə,
Ağcabədidə məscid yerlə-yeksan olunub

Rayonun Qarakənd qəsəbəsində tikilən ibadət evi gecə saatlarında sökülüb və yerli sakinlər tərəfindən lentə alınıb. Qərar Ağcabədi Rayon İcra Hakimiyyətinin göstərişi əsasında icra olunub.

Ağcabədinin icra başçısı Şahin Məmmədovun Allah evini niyə yıxmasının səbəbi açıqlanmayıb. RİH tərəfindən hər hansı münasibət də bildirilməyib.

“İslam Həmrəyliyi” ilində məscid sökülməsinin hansı əhəmiyyət daşıdığı aydın deyil. Video kadrları lentə alan şəxs “Allah onların bəlasını versin” deməklə RİH-non qərarını nəzərdə tutub.

Politika.Az-ın verdiyi xəbərə görə, qəsəbədə məscidin sökülməsinin səbəbləri bəlli deyil. İbadət evinin tikintisi RİH-ni niyə narahat edib ki?

Hətta tikintiyə icazə alınmayıbsa da, burada qanunsuzluq yoxdur. Çünki şəxsi mülk və ya kommersiya obyekti deyil, qəsəbə sakinlərinin ibadəti üçün Allah evi inşa olunub.

Ən yaxşı halda məsələni kompromis variant tapmaqla həll etmək, sənədləri qaydaya salmaq, rəsmiləşdirmək olardı.

Ağcabədi RİH üçün hüquqi işləri və sənəd problemlərini həll etmək çox asan məsələydi. Ancaq icra başçısı Şahin Məmmədov radikal mövqeni seçərək, sərt bir ampluada sayanıb Allah evini sökdürüb.



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə