Загрузка...


 

Keçmiş arvadını yandıran şəxsə hökm oxundu

18:06, 2017-02-17


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ceyhun Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Zeynalov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında C.Zeynalovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Şam Bağı" restoranının yaxınlığında baş verib. Qəsəbə sakini C.Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A.Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə

porno izle porno porno