Загрузка...


 

Konqresdə Trampın impiçmentini təklif etdilər -VİDEO

21:36, 2017-05-17


“Ölkə.Az” xəbər verir ki, bu barədə  “C-Span” telekanalı xəbər yayıb. Kanalın verdiyi məlumata görə, El Qrin bu barədə “Twitter” hesabında yazıb.  O, yazıb ki, bu məsələni şəxsi siyasi hədəflərə görə qaldırmır. 

“Prezident də daxil olmaqla ABŞ-da heç kim qanundan yuxarıda dayanmır. Lakin görünür Tramp bunu qəbul etmək istəmir. Bu səbəbdən də, mən Donald Trampın impiçment elan edilməsini təklif edirəm”, - deyə El Qrin yazıb.

Nümayəndələr Palatasının üzvü xatırladıb ki, Tramp onun Rusiya ilə əlaqələrini araşdıran Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini istefaya göndərib.

Qeyd edək ki, ABŞ FTX (Federal Təhlükəsizlik Xidməti) rəisi Ceyms Kominin işinə bu ilin may ayının 10-da xitam verilib. Komini Donald Tramp işdən qovub. Tramp FTB direktoru Komini işinin öhdəsindən gələ bilmədiyi üçün qovduğunu bildirib.

Tramp “Twitter” hesabında bu açıqlamanı verib: "Komi istər Respublikaçılar, istərsə də, Demokratların etimadını itirmişdi. İşini yaxşı görə bilmirdi. Bu qədər bəsit. İşinin öhdəsindən gələ bilmirdiş İşlər normallaşanda hamı bu qərarıma görə mənə təşəkkür edəcək”.

Ziya Səccad
Ölkə.Az



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə

porno izle instagram takipçi satın al porno