Загрузка...


 

Mehriban Sadıqova: “AXCPdə böyük hədəflərim var” -VİDEO

10:17, 2017-05-18


"Ölkə.Az" xəbər verir ki, Mehriban Sadıqova da təmsil olunduğu Demokratik Azərbaycan Dünyası Partiyasından (DADP) ayrılıb Razi Nurullayevin rəhbəri olduğu AXCP sıralarına qoşuldu.

“Mən uzun müddət idi ki, Demokratik Azərbaycan Dünyası Partiyasında (DADP) idim. Partiyadan olan abu-hava məni bilavasitə partiya sıralarında ayrılmağa sövq etdi. Bundan sonra özümü demokratik ənənələri davam etdirən AXCP-də görmək istədim. Mənə elə gəlir ki, burada yüksək nəticələr əldə edə bilərəm”- Mehriban Sadıqova deyib.

M.Sadıqova AXCP-ni seçdikdən sonra təzyiqlərin olacağını bildiyini deyir, ancaq buna əhəmiyyət vermədiyini bildirir. Xanım siyasi fəal gələcək planlarından danışır: 

“Partiya ilə birlikdə ilk növbədə ölkədə baş verən sadə proseslərə yanaşmağa üstünlük verərdim. Azərbaycan qadınlarının cəmiyyətə inteqrasiyasının, işsiz qadınların problemlərinin, qadınların pozulan hüquqlarının həllində iş birliyimiz daha uğurlu alına bilər”.

Ölkə.Az



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə