“Məmurlar buna baxıb utansınlar!”

15:44, 2017-02-17


“Məmurlar buna baxıb utansınlar! Bu yaşlı qadının qar təmizliyən vaxtıdır? Budurmu sizin Almaniyadan aldığınız qar təmizləyən ağır texnikanız?”

Bu sözləri bloger Mehman Hüseynov Bakıda yaşlı qadınların qar təmizləməsini əks etditən videorepotajında yazıb.

“Bəzi harınlanmış məmurlar xalqdan oğurlanmış pullara öz xanımlarına villalar, bahalı maşınlar alır. Amma yaşlı vətəndaşlarımıza gəldikdə isə onlara xırda-xuruş maaşa yollardaki qarları məcbur təmizlətdirirlər. Budurmu sizin analoqu olmayan inkişafınız? Qar təmizləyən maşınları niyə istifadə etmirsiz? Niyə bu yaşlı qadınları məcbur edirsiz yollarda qarı təmizləsinlər amma bu işi görməsələr hədə qorxu gəlirsiz ki işdən qovacıyıq. Başınıza dəysin belə inkişafınız!”, – Mehman Hüseynov yazıb.

Videoya keçid



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə