Загрузка...


 

Partiya sədri Nəqliyyat Nazirliyində oğurlanan milyardların geri qaytarılmasının yolunu göstərdi

15:22, 2017-02-16


“Dövlət büdcəsinin bərpa eləməyin yeganə yolu büdcəni oğurlayanlardan pulu geri qaytarmaqdır. Hələ də, Azərbaycan höküməti belə addım atmır”

Bu sözləri Politika.Az-a Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu deyib.


Onun sözlərinə görə əgər normal hakimiyyət olsa, təbii ki, mənimsənilən pulların geri qaytarılması mümkündür. Bu pulların bir çoxu aradan çıxarılıb. Dünyanın əksər ölkələri ilə Azərbaycanın qarşılıqlı hüquqi müqaviləri var. Bu əsasda reydlər qaldırıb həmin adamların beynəlxalq banklarda hesabları dondurula bilər, Azərbaycanda əmlaklarına həbs qoyula bilər və dövlətə vurduqları ziyan başqa bir şəkildə hüquqi yolla ödənilə bilər.

Bunun üçün hər şeydən əvvəl həmin məmurların dövlətə vurduğu ziyan hesablanmalıdır:

“Biz bilirik ki, Azərbaycanda ən nəhəng korrupsiya sahələrinin biri Nəqliyyat Nazirliyi olub. Bu gün Azərbaycanda 1 kilometr normal yol yoxdur. Bütün yollar bərbad vəziyyətdədir. Hətta tikiləndən 6 ay sonra təmirə dayanan yollar var. Bu onu göstərir ki, həmin yolların tikintisinə ayrılan pullar mənimsənilibdir. Bir müddətdən sonra bu nazirlik ümumiyyətlə yaddan çıxacaq və arxivində olanlar müəmmalı şəkildə yoxa çıxacaq. Ona görə təcili şəkildə prokurorluq istintaq işi aparmalıdı, görülən işlərlə rəsmi sənədləşdirilmiş fayl arasındakı əlaqə müəyyən edilməli və mənimsənilmiş milyardlarla dollarların qaytarılması ilə bağlı konkret tədbirlər görülmələdi”.

ADP-nin sədri bildirib ki, son vaxtlar yalançı şirkətlərin adına pullar götütülüb, sonra isə bu şirkətlər ləğv olunub, maliyyə sənədləri aradan çıxarılıb. Ona görə, günahkar dairələr müəyyən olunmalıdı.



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə

porno izle porno porno