Politika.Az bahalaşmadan yazdı, baş nazir müavini iki mağaza gəzdi

23:58, 2017-02-16


Baş nazirin müavini Əli Əhmədov ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə mağazada monitorinq aparıb

Politika.Az-ın xəbərinə görə,
o, hazırda manatın məzənnəsinə uyğun qiymətlərin hansı səviyyədə olması ilə də maraqlanıb.

Marketlərin inzibatçıları bildiriblər ki, bəzi məhsullarda əvvəllər qiymət artımı müşahidə olunsa da, hazırda satış aşağı qiymətlərlə həyata keçirilir.

“Təbii ki, sahibkarların daha çox qazanc əldə etmələrinə qarşı deyilik. Amma daha çox qazanc əldə etməyin başqa yolları var. Daha çox və aşağı qiymətə məhsul sataraq da yaxşı qazanc əldə etmək mümkündür” - deyə Əli Əhmədov vurğulayıb. Baş nazirin müavini ət və ət məhsullarının qiyməti ilə də maraqlanıb.

Sonda jurnalistlərə açıqlamasında Əli Əhmədov bildirib ki, ticarət mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur: “Biz bu gün ərzaq məhsullarının satışı ilə məşğul olan iki mağazada olduq.

Mağazalarda gördüklərimiz və bizə verilən məlumatlar belə deməyə əsas verir ki, mətbuatda geniş müzakirələrin aparılmasına rəğmən ticarət mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur.

Hökumət qiymətlərin süni sürətdə artırılmasının qarşısını alır. Hesab edirəm ki, süni surətdə qiymət artımına yol vermək əhalinin ailə büdcəsinə mənfi təsir edir ki, bu da yolverilməzdi”.

Baş nazir müavini də etiraf edib ki, monitorinqlərə mətbuatda yayılanlara istinadən başlanıb. Ölkədə gedən bahalaşma barəsində xəbərlər ən çox geniş yer verən



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə