Загрузка...


 

Tramp kokainlə kakaonu qarışdırdı aləm birbirinə dəydi -VİDEO

22:06, 2017-05-19


“Ölkə.Az” xəbər verir ki, bu əbəbdən də, Tramp sosial şəbəkələrdə məsxərə obyekti olub. ABŞ-da səfərdə olan Kolimbiya rəhbəri Xuan Manuel Santosla keçirdiyi mətbuat konfransında Tramp çıxış edib. Çıxış vaxtı o, narkotik vasitələrin istehsalının qarşısının almaq üçün görülməli olan vacib tədbirlərdən danışıb.

Tramp çıxış edərkən narkotik vasitə olan kokain sözünün yerinə bir neçə dəfə kakao sözünü işlədib: “Ötən il Kolumbiyada kakaonun becərilməsi və kokainin istehsalı rekord həddə çatıb”.

Trampın bu çıxışı sosial şəbəkələrdə paylaşılıb və gülüş obyektinə çevrilib.

Qeyd edək ki, kokain narkotik vasitələr içərisində ən təhlükəli hesab edilir. Bu növ dünyanın hər yerində, o cümlədən Amerika sərhədlərində çox yayılıb. Cənubi Amerikada yetişən Eritroksilon Koka adlanan kolun yarpaqlarından alınır. İlk əvvəl ondan da yalnız təbabətdə ağrıkəsici və damardaraldıcı kimi istifadə edirdilər. Kokaini burundan, venadaxili və dərialtı inyeksiyalar şəklində daxil edirlər. Orqanizmə daxil olduqdan 1 saat sonra onun təsiri azalır və tükənir. Lakin bu müddətdə qəbul edən insanda bir çox hallar baş verir: əfval ruhiyyə çox yüksəlir, özünə inam və özünüqiymətləndirmə artır, əqli və fiziki göstəricilər yüksəlir, cinsi fəallıq yüksəlir. Bir saatdan sonra isə əksinə, əhval korlanır, özünütənqid daha da pozulur. Seksual aqressiya halları baş verir. Abstinensiya dövründə qüvvədən düşmə, depressiya, yuxusuzluq və ya əksinə, yuxululuq, davranış dəyişiklikləri baş verir. Kokain digər narkotiklərə nisbətən daha bahalı olur. Bu səbəbdən də, narko tacirlər bu növə daha üstünlük verirlər.

Ziya Səccad
Ölkə.Az

 



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə

porno izle instagram takipçi satın al porno