Vitse-prezidentdən qohumuna “yaşıl işıq”

01:12, 2017-02-16


“Hüquq sahəsində biliyimi yoxlamaq üçün SOCAR-ın test imtahanları nəticəsini qazandım və növbəti müsabiqə mərhələsinə keçdim

Test imtahanları şəffaf keçdi və heç bir müdaxilə olmadı. Çox sevindim ki, dəyər verilir. İnşallah, müsabiqəni gözləyirəm. İnanıram ki, müsabiqə də şəffaf keçəcək.

Buna görə valideynlərimə, müəllimlərimə, hərbi xidmətdəki komandirlərimə həyat təcrübəsi qazandırması üçün minnətdaram”.

Politika.Az xəbər verir ki, bu sözləri Astara rayon sakini Rəşad Həsənov Feysbuk səhifəsində yazıb.

Onun profilində yazdığı sətirləri SOCAR-ın Feysbuk səhifəsi paylaşıb, R.Həsənovu artıq təbrik edib, ona uğurlar arzulayıb.

Neft şirkətinin test imtahanında yüzlərlə gənc iştirak etsə də, SOCAR-ın Feysbuk səhifəsi yalnız R.Həsənovu ön plana çəkib. Bu faktın isə gerçək səbəbləri var imiş.

Neft şirkətinin Feysbuk səhifəsinin SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun nəzarətində olduğu iddia edilir. X.Məmmədovun sosial şəbəkəyə təhkim olunmuş komandası onun təlimatları əsasında fəaliyyət göstərir.

Əldə etdiyimiz bilgilərə görə, neft şirkətində işə qəbul və imtahanlar da onun səlahiyyətindədir. İşə qəbulla bağlı X.Məmmədovun vaxtaşırı açıqlamalarına da rast gəlmək olar.

Məlumata görə, SOCAR-ın Feysbuk səhifəsində məhz Rəşad Həsənovun imtahanlar barədə yazdıqlarının paylaşılması təsadüfi deyil. Astara rayonundan olan SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov həmyerlisi və qohumu Rəşad Həsənova “yaşıl işıq” yandırıb.

İmtahanın nəticələri və müsabiqədən sonra işə qəbul ediləcəyi məlum olmadan, onu təbrik ediblər. Halbuki, nə nəticələr bəllidir, nə də R.Həsənovun müsabiqədən keçəcəyi...

Politika.Az xəbər verir ki, Feysbuk səhifəsinə nəzarət edən X.Məmmədov öz qohumunu müsabiqə keçirilməmiş işə düzəldir, onu təbrik edir. İmtahanda iştirak etmiş yüzlərlə gəncə isə eyni həssaslıq nmüayiş etdirilməyib.

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) hazırda 51 209 nəfər işçi çalışır. SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov mətbuata bildirmişdi.

Onun sözlərinə görə, işçilərin 12%-i rəhbər vəzifədə çalışır, 19%-i mütəxəsis, 69%-i fəhlələrdir. X.Məmmədov SOCAR-da işə qəbul prosesindən danışaraq bildirib ki, işə qəbulla bağlı SOCAR-a 174 570 müraciət daxil olub.

SOCAR tərəfindən 3 889 vakansiya elan olunub, 32 141 vakansiya üzrə test imtahanları təşkil olunub: "6 523 mühəndis-texniki işçi üçün müsabiqə təşkil olunub, fəhlə kateqoriyaları üçün 6 500 müsabiqə olub.

Müsabiqədən uğurla keçən işçilərin sayı isə 3 753 nəfərdir. Buradan görünür ki, işə qəbul prosesində şəffaflıq tam təmin olunub, SOCAR-a qəbul prosesində daha yaxşı, daha keyfiyyətli işçiləri qəbul etmək imkanı yaradılıb”.






Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə