"Yollarda heç bir təhlükə yoxdur"

19:39, 2017-02-17


Hal-hazırda Bakıda yollarda vəziyyət yaxşıdır. Günəşin çıxması ilə yollarda vəziyyəti tam olaraq təhlükəsiz şəraitə gəldi

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
 
DYP rəsmisi bildirib ki, bu gün səhər saatlarından etibarən enişli-yoxuşlu yollar, sərt döngələr, ərazilər əməkdaşlarımız tərəfdən nəzarətə götürülüb: "Səhər 8-dən 11-ə qədər yol polisləri vəziyyəti nəzarətdə saxlayıb və  normal şərait yarada biliblər. Əgər yenə qar yağarsa, Bakı Şəhər İcra Hakimiyyətinin texnikası və "Azəravtoyol"un xüsusi maşınları yolları təmizləyəcək".



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə