08:00 2020.07.08

"Onu yeyin, bunu yeməyin" deyənlərə CƏZA GƏLİR: 50 min cəriməsi var

"Onu yeyin, bunu yeməyin" tipli məsləhətlərlə qidada bilgi kirliliyinə səbəb olan və insan sağlamlığını təhlükəyə atan şəxslər cəzalandırılacaq.

Xebervar.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisində müzakirə açılıb.

Parlamentin Kənd Təsərrüfatı Komissiyasında qəbul edilən Kənd Təsərrüfatı Çantası Qanunu təklifində yer alan dəyişikliklə qida təhlükəsizliyi və etibarlılığı mövzusunda yanıldıcı reklam hazırlamaq, qida tövsiyəsi vermək inzibati məsuliyyət ehtiva edəcək.

İstehlakçıda qorxu, təşviş və etibarsızlıq yaradaraq istehlak vərdişlərinə mənfi təsir göstərən, reallığa zidd yayımlar edilməyəcək. Bu qanunu pozan şəxslər 20 min TL-dən 50 min TL-dək cərimə ödəməli olacaq.

Komissiyanın sədri Yunus Kılıç qanunla bağlı bu fikirləri deyib: "Koronavirusdan qorxmayın, kəllə-paça yeyin, keçər" deyən insanlar var. Bunlar həkim, professor, mütəxəssis və elm adamı kimi telekanallara çıxırlar. Biz istəyirik ki, hər sahədə işini bilən adam danışsın. Onun sözünü dinləyək. Deyirlər ki, toyuq xərçəng yaradır. Haradan bilirsən? Sübutun varmı? Sən bunu deyib sonra hoppana-hoppana evinə gedirsən. Bu ölkədə 5 milyard dollar dəyər yaradan qanadlı heyvan sektoruna verdiyin ziyandan dolayı ertəsi gün satışlarda 20-30 faiz azalma olur. Bu sektorun işçisi, istehsalçısı, daşıyanı, yoxsulu var. Onların haqlarını kim soruşacaq?" (publika.az)

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: