15:00 2020.09.20

"Qalatasaray"ın yetirməsi "Neftçi"yə keçdi

"Neftçi" növbəti transferini reallaşdırıb.

Xebervar.com klubun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli mərkəz müdafiəçisi Mert Çeliklə 2 il müddətinə müqavilə bağlanıb. 20 yaşlı futbolçu icarə əsasında "ağ-qaralar"ın heyətində çıxış edəcək. O, 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, müqavilə ilə Türkiyənin Başakşehir klubuna məxsus olan Mert Çelik Azərbaycanın U-21 milli komandasının üzvüdü. "Qalatasaray"ın yetirməsi olan 20 yaşlı oyunçu "Başakşehir"ə 2013-cü ildə transfer olunub. Klub bu yaxınlarda Mert Çelik ilə sözləşmənin müddətini 2025-ci ilədək uzadıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: