08:30 2020.07.03

"Real" - "Hetafe" oyununda 1 qol vuruldu

Futbol üzrə İspaniya çempionatının 33-cü turunda Madridin "Real" klubu öz meydançasında "Xetafe"ni məğlub edib.

Xebervar.com Trend-ə istinadən bildirir ki, görüş 1:0 hesabı ilə başa çatıb.

Oyunda yeganə qolu Serxio Ramos vurub. Müdafiəçi 79-cu dəqiqədə penalti zərbəsini vurarkən fərqlənib.

"Real" ölkə çempionatında ardıcıl 6-cı qələbəsini qazanır və turnir cədvəlində liderliyini davam etdirir. Klub 74 xal toplayaraq ikinci yerdə qərarlaşan "Barselona"nı dörd xal qabaqlayır. "Hetafe" 52 xalla altıncı yerdədir.

İyulun 5-də növbəti turda Zinəddin Zidanın yetirmələri "Atletik"lə oynayacaqlar. "Hetafe" eyni gündə "Osasuna" ilə görüşəcək.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: