18:00 2020.08.01

“Real”ın sabiq futbolçusu Azərbaycanın təklifdən imtina edib

Polşamın "Lex" klubunun ispaniyalı futbolçusu Dani Ramires Azərbaycandan aldığı təklifdən imtina edib.

Xebervar.com apasport.az-a istinadla bildirir ki, bunu 28 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.

Hələ 16 yaşında "Leqanes"dən Madrid "Real"ına keçən, sonradan bir sıra klublarda çıxış edən Ramires bu il LKS-dən "Lex"ə transfer olunub. Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib: "MLS-dən və Azərbaycanın bir klubundan təklifim var idi. Onlar mənə daha çox pul ödəyəcəkdi. Amma mən olmaq istədiyim yerdəyəm və çox xoşbəxtəm".

Qeyd edək ki, 2017-ci ildən Polşada oynayan Dani "Ştormil" (2017-18) və LKS (2018-20) klublarının formasını geyinib.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: