22:00 2020.07.02

Sabiq hakimin oğlunun vəzifəsi yüksəldildi

AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə Azərbaycan Premyer Liqası və I Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiq edib.

Xebervar.com oxu.az-a istinadən xəbər verir ki, bunların arasında sabiq referilərimizdən olan Rövşən Əhmədovun oğlu Rəşad Əhmədov da var. O, yeni mövsümdən Premyer Liqada hakimlik edəcək.

Premyer Liqa, referi: Rəşad Əhmədov

Premyer Liqa, referi köməkçisi: Kamran Bayramov

I divizion, referi: Tural Qurbanov

I divizion, referi köməkçiləri: Hidayət Feyzullayev, Tərlan Talıbzadə, Vüsal Məmmədov

Qeyd edək ki, Mingəçevir hakimlik məktəbini təmsil edən Rəşad Əhmədov 2017/2018 mövsümündə - 2018-ci ilin mayın 12-də Premyer Liqada "Keşlə" - "Qarabağ" matçı ilə debut etsə də, daha çox I divizionda hakimlik edib.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: