09:00 2020.07.31

Təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

Kolumbiyada yüngülmühərrikli "Cessna 142" təyyarəsi qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub, daha iki sərnişin isə xəsarət alıb.

Bildirilir ki, təyyarə Pakoa və Letisiya şəhərləri arasında uçuş edirmiş.

Qeyd edilir ki, yüngülmühərrikli təyyarə Tarapaka bələdiyyəsi yaxınlığında Putumayo çayında qəza enişi etməyə çalışarkən qəzaya uğrayıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: