22:30 2020.08.05

Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Xebervar.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 784 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 178 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 236 112 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 219 506 nəfər təşkil edir.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: