07:30 2020.07.06

Türkiyədə sərnişin avtobusu aşıb, ölən və xəsarət alanlar var

Türkiyənin Kocaeli əyalətinin Gebze rayonunda sərnişin avtobusu aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

İlkin məlumata əsasən, qəza nəticəsində 1 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: