03:00 2020.09.16

Venesuelada koronavirusa yoluxanların sayının artması ilə əlaqədar ölkədə məktəblərin açılışı dayandırılır

Venesuela Prezidenti Nikolas Maduro ölkədə COVID-19 xəstəliyinə yoluxma sayının 60 mindən yuxarı olması müəyyən ediləndən sonra məktəblərin açılmasını dayandırıb.

Xebervar.com AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı məktəbə qayıdışın pandemiyaya qarşı mübarizəyə kömək etməyəcəyini vurğulayıb. Buna görə də Venesuelada dərslər yanvar ayınadək dayandırılır. Ölkədə tədris prosesi distant şəkildə keçiriləcək.

Bazar ertəsi Venesuelada COVID-19-a 910 yeni yoluxma faktı müşahidə edilib. Nəticədə ölkədə koronavirusa tutulanların ümumi sayı 60.540 nəfərə çatıb.

Venesuela martın 13-dən başlayaraq döyüş hazırlığı vəziyyətindədir. Bu isə, öz növbəsində, hakimiyyət orqanlarının pandemiya ilə mübarizədə radikal qərarlar qəbul etməsinə şərait yaradır.

Oktyabrın 12-dək ölkədə hava daşımalarına da məhdudiyyət qoyulub.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: