3 otaqlı ev yanıdı: ölən var

10:18, 2017-01-12


Şəmkir rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı 1966-cı il təvəllüdlü Quliyev Rafiq Akif oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08.04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

ŞƏRH YAZ



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə