Xəbər Lentini Aç
loading...

11:50

Bakıda cavan ananın ''qrija'' əməliyyatı zamanı ölməsində ailə üzvləri həkimi gunahkar sayır. 

''15 dəqiqəlik əməliyyat idi. Bütün analizləri normal çıxmışdı. Cərrah Anar Mehdiyev əməliyyat etdi. Bir saat sonra "nasılka"da meyitini "korridor"a qoydular ki, aparın''. 

Milli.Az xəbər verir ki, bu fikirləri criminal.az saytına dünən 5 saylı xəstəxanada qasıq yırtığından əməliyyat zamanı dünyasını dəyişən 31 yaşlı Vüsalə Məmmədovanın həyat yoldaşı Şaqif Məmmədov bildirib. Onun sözlərinə görə, həkimlər ölümün ayaqdakı trombdan baş verdiyini dedilər:

''Hərə bir söz deyir. Gah deyirlər damarı zədələnib, gah deyirlər narkoz zamanı keçinib. Bir onu deyə bilərəm ki, bir saat sonra Vüsalənin cansız bədənini bizə verdilər. Əməliyyat üçün verdiyim 350 manatı həkim geri qaytardı və ''olur da belə şeylər'' deyərək getdi''. 

Mərhumun qohumları da Vüsalənin ölümündə həkim səhlənkarlığı olduğunu iddia edirlər. Bildirdilər ki, 15 dəqiqəlik dərialtı əməliyyata görə xəstənin ölməsində ancaq həkim günahkardır.

''Üç uşaq ana deyərək ağlayır. Balaca uşağın iki yaşı var. Çox dəhşətli vəziyyətdir. Meyiti ekspertizaya gətirmişik. Hadisə baş verəndən sonra heç həkimlər polisə belə məlumat verməyiblər. Meyiti "korridor"a çıxararaq ərinə veriblər ki apar. Biz yenidən məsələnin araşdırılmasını istədik'', -  mərhumun qohumları bildirdilər. 

Cərrah Anar Mehdiyev isə criminal.az saytına açıqlamasında bildirdi ki, hazırda prokurorluq tərəfindən araşdırma aparılır. Ekspert rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq. 

Həkimin sözlərinə görə, ölüm hadisəsində həkim səhlənkarlığından söhbət gedə bilməz:

''Əməliyyat zamanı qanaxma baş verməyib. Xəstə əməliyyat olunduqdan bir saat sonra vəziyyəti pisləşdi və bioloji ölüm baş verdi. Ehtimal edirik ki, trobdan ölüm baş verə bilər. Ancaq mənşəyi bilinməyən başqa xəstəliklərindən də olması mümkündür. 15-20 dəqiqəlik əməliyyat idi..''.

----------

10:42

Bu gün Bakının tanınmış xəstəxanasında cavan ana əməliyyat zamanı dünyasını dəyişib. Milli.Az bildirir ki, mərhumun yaxınları criminal.az saytına deyiblər ki, 3 uşaq anası olan Vüsalə bu gün 5 saylı xəstəxanada ''qrija'' əməliyyatı olunub. Lakin xəstə əməliyyat masasında keçinib. 

Mərhumun ailəsi yaxınlarının ölümündə həkim səhlənkarlığı olduğunu iddia edirlər. Bildirirlər ki, həkim əməliyyat zamanı xəstənin damarını zədələyib. Xəstə isə qanaxmadan dünyasını dəyişib. Hətta həkim hadisədən sonra mərhumun ailə üzvlərinə əməliyyat pulunu qaytararaq ''olur də belə şeylər'' deyərək gedib. 

Mərhum xanımın 3 azyaşlı uşağı anasız qalıb.  

Milli.Az

ŞƏRH YAZ



loading...
Bənzər Xəbərlər
Bütün
"Kişi xəstəliyi" sayılsa da, qadınların 1 nömrəli qatilidir
Qadınlar infarkt və ürək xəstəliklərinə daha meyillidirlər. Eyni zamanda qadınların ...
Qaraciyərini təmizləmək istəyirsənsə, bu içkini hazırla
İllərlə qəbul etdiyimiz qidalar qaraciyərimizin yüklənməsinə səbəb olur. Bu zaman ...
Sağlam və parlaq dəriyə sahib olmağın 5 sirri
Hər gün dərinizə ayıracağınız qısa bir zaman kəsiyi dərinizin sağlam və parlaq ...
Dişlər niyə saralır
Dişlərin sağlam olması həmişə insanların arzuladığı bir şeydir. Sarı rəngli ...
Ən təsirli arıqlama YOLLARI
Tez bir zamanda arıqlamaq və sağlam görünmək istəyirsinizsə, ən təsirli arıqlama ...
Xəstələnən adam niyə həmişə yatmaq istəyir?
İnsan xəstələnəndə onun iştahası küsür, hərəkət etmək istəyi azalır və o, ...
Qidanın yaxşı çeynənməsi...
ABŞ-ın Milli Sağlamlıq İnstitutunun və Mançester Universitetinin alimləri qidanın ...
Saçın qırılmasını əngəlləyən qidalar
Saç tökülməsi kişi və qadınlarda tez-tez müşahidə edilir. Saçlarımızı ...
Paylaşdığı FOTO həyatını xilas etdi
27 yaşlı realiti-şou ulduzunun əsl xəstəliyi paylaşdığı fotodan sonra müəyyən ...
Dırnaqyemə vərdişini necə tərgitmək olar?
Dırnaqları yemək həm uşaqlarda, həm də böyüklərdə müşahidə edilən pis ...
Pəltəkliyin səbəbləri nələrdir?
Ağız və diş quruluşundakı hər hansı bir problem pəltəklik üçün zəmin yaradır. ...
Üzü 10 yaş cavanlaşdıran vasitə
Son illər texnologiyanın inkişafı özünü kosmetologiya sahəsində də göstərmişdir. ...