Bakıda evdən 15 minlik qızıl oğurlandı - VİDEO - FOTO

16:43, 2017-01-11


Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az ARB TV-yə istindən xəbər verir ki, Qulu Quliyev küçəsi, ev 38, mənzil 37 ünvanında yaşayan 46 yaşlı Vasif Əliyev polisə evindən oğurluq edilməsi barədə şikayət edib.

Zərərçəkən izahatında bildirib ki, evə heç kimin olmadığı vaxt girən naməlum şəxslər ümuni dəyəri 15 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıblar. Polis əməkdaşları evə baxış keçiriblər, barmaq izləri götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda evdən 15 minlik qızıl oğurlandı

ŞƏRH YAZ



Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə