Xəbər Lentini Aç
loading...

Bakıda avtobusun iştirakı baş verən yol qəzasının videogörüntüsü yayılıb.

Milli.Az xəbər verir ki, "BakuBus"un mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 9-da Binəqədi rayonunun C. Xəndan küçəsində "BakuBus"a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol hərəkəti qəzası ilə bağlı bir sıra mətbuat orqanlarında reallıqdan uzaq, gerçəkliyi əks etdirməyən məlumatlar yer alıb: "Hətta bəzi saytlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmədən nəticə çıxararaq, "BakuBus"-ın avtobusu ağır qəza törətdi" başlıqlı yazılarla avtobus sürücüsünü, daşıyıcı şirkət olaraq "BakuBus"-ı ittiham edib, ictimaiyyətdə hadisə ilə bağlı məqsədyönlü olaraq yanlış rəy formalaşdırmağa cəhd edib".
 
Şirkət yayılan məlumatların gerçəkliyə uyğun olmadığını göstərmək üçün hadisənin görüntüsünü də APA-ya təqdim edib: "Eyni zamanda "BakuBus" olaraq bu saytlardan həqiqətə uyğun olmayan, uydurma məlumatları yaydığı üçün həmin məlumatların təkzib edilməsini və bir daha bu kimi reallıqdan uzaq məlumatların yayılmasından qətiyyətlə imtina etməsini tövsiyə edirik. Xatırladırıq ki, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır".
 
Qeyd edək ki, qəza yanvarın 9-da 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Sevda İsmayılova idarə etdiyi "Nissan Qasqai" markalı maşınla yolun əks hərəkət istiqamətinə çıxaraq "BakuBus"-a məxsus 6 saylı marşrut xətti ilə hərəkət edən "İveco" markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.
 
Nəticədə qadın sürücü ölüb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda qadın sürücünün avtomobili ilə

ŞƏRH YAZ

loading...
Bənzər Xəbərlər
Bütün
Madriddəki turizm sərgisində erməni təxribatına etiraz - VİDEO
İspaniyada yaşayan həmyerlilərimiz Madriddə keçirilən "Fitur-2017" ...
Açıq libası iştirakçını pis vəziyyətdə qoydu - VİDEO
Fransada yayımlanan "Uğur çarxı" (Wheel of Fortune) verilişində maraqlı anlar ...
Ağdamda iki avtomobil toqquşub, xəsarət alanlar var
...
"Survivor 2017"ın iştirakçısının rəqsVİDEOsu yayıldı
Bu gün Acunun səs-küylü layihəsi "Survivor 2017" başlayır.Milli.Az ...
İstanbuldakı silahlı hücumun VİDEOsu yayıldı
Bu gün səhər saatlarında İstanbulun Esenyurt istiqamətində polis qrupuna silahlı ...
Hər kəs qaçarkən, o, yerindən də tərpənmədi - VİDEO
Türkiyənin Bursa şəhərində bir alış-veriş mərkəzinin restoranlar yerləşən ...
Bill Klinton Trampın qızına tamah saldı - VİDEO - FOTO
ABŞ-ın yeni prezidenti Donald Trampın dünən Vaşinqtonda keçirilmiş inauqurasiya ...
Trampdan maraq doğuran hərəkət: Mişel Obamaya nə dedi? - VİDEO - FOTO
Ağ evin yeni sakinləri Donald Tramp və xanımı Melaniya andiçmə mərasimindən sonra ...
Aygün Kazımova: "Hələ nə qədər bilmədiklərim var" - VİDEO
Xalq artisti Aygün Kazımova bəstəkar Cavanşir Quliyevlə yenidən bir araya ...
"Traktorsazi" də meydana qara sarğı ilə çıxdı - 20 Yanvara görə - VİDEO - FOTO
Dünən Antalyada "Qəbələ" ilə yoldaşlıq görüşü keçirən ...
Narkotiklə saxlanılan ana və qızının görüntüləri yayıldı - VİDEO - FOTO
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ana və qızı ...
Kıvanç və Tubanın hovuz səhnəsi gecəyə damğa vurdu - VİDEO - FOTO
Star TV-nin yeni serialı "Cesur ve Güzel"in hovuz səhnəsi ötən gecəyə damğa ...