Xəbər Lentini Aç
loading...

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilmiş "Kvant fizikası gənc alimlərin təqdimatında" adlı layihənin bağlanış-mükafatlandırma mərasimi keçirildi. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, Ümumi işlər üzrə prorektor Rəşad Həsənov, professor Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabarov, Yusif Alıyev, Sevda RzayevaMirlan Kərimov fəxri qonaq qismində iştirak etdilər.

Milli.Az xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Ali Məktəbin tələbə və əməkdaşlarının bir sıra layihələrinin həyata keçirildiyini bildirib. Rektor Elmar Qasımov Fondun fəaliyyətini çox yüksək qiymətləndirərək gənclərə göstərilən dəstəyə görə təşəkkür etdi. Müxtəlif ideya və təşəbbüslərin həyata keçirilməsində gənclərə kömək göstərilməsinin dövlətimizin gənclər siyasətinin uğurla həyata keçirilməsinə xidmət etdiyini bildirdi. Rektor BANM-in əməkdaş və tələbələrinin 2016-cı ildə 8 layihəsinin Fondun müsabiqəsindən keçdiyini bildirdi. Elmar Qasımov bütün bu layihələrin icrasına Ali Məktəb tərəfindən yüksək səviyyədə dəstək verildiyini vurğuladı.

"Kvant fizikası gənc alimlərin təqdimatında" adlı layihənın rəhbəri, BANM-in Tələbələrlə iş şöbəsinin rəisi və BANM HİK sədri Həbibə Sadıqlı sözügedən layihə haqqında məlumat verdi. O, bildirdi ki, gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə layihə 2016-cı ilin noyabr ayının 27-dən başlayaraq hər həftənin bazar günü olmaqla 5 həftə davam edib. Bütün təlimlər Bakı Ali Neft Məktəbində həyata keçirilib. Layihənin təşkilat komitəsi BANM-in tələbələrindən ibarət olub.

BANM-in professoru Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabarov, Yusif Alıyev, Sevda Rzayeva və Mirlan Kərimov layihə çərçivəsində təlimlərin yüksək səviyyədə təşkil olunduğunu və iştirakçılar tərəfindən maraqla qarşılandığını bildirdilər. Belə layihələrin davamlı olacağına inandıqlarını bildirdilər.

Sonda fəallığı ilə fərqlənən layihə iştirakçıları sertifikat və hədiyyələrlə mükafatlandırıldılar.

Milli.Az



loading...
Bənzər Xəbərlər
Bütün
“General 100 min istəyir” dedilər, o isə 2 min “şirinlik“ təklif etdi
...
“Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər” – Həftənin sitatları
...
Deputat: "Bu tədbirlər əhalinin etibarlı sosial müdafiəsinin təmininə yönəlib"
Dünyada kəskin xarakter alan iqtisadi böhran şəraitində Azərbaycanda həyata ...
Məmmədovlar əmlakdan imtina edir– Nazir oğlu ofisini satışa çıxardı
...
20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda da ehtiramla yad olunub - FOTO
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin ...
“Azadlıq” qəzetinin baş redaktor müavini ölkədən gedib
...
Günün qoroskopu: hər şeyə rəğmən, hadisələri tələsdirməyin
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və ...
Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz? – TÖVSİYƏ
Səyahətə gedənlərin ən böyük qorxularından biri də təyyarəyə vaxtında çata ...
Smayliklər insanın daxili aləmi barədə çox şey danışır
Britaniyanın Ormskirk şəhərindəki Ec-Hill Universitetinin bir qrup tədqiqatçısı belə ...
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar?
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını ...
Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?
Allah Təalanın qəza və qədərində dəyişiklik olmayacağına görə duanın faydası ...
Lənkəranda mikroavtobus piyadanı vurdu
Lənkəran rayonunda mikroavtobus piyadanı vurub.Milli.Az "Report"a istinadən ...